Tədris sahələri

IT Fundamentals & Network

Backend Proqramlaşdırma
Backend Proqramlaşdırma

Back-end proqramlaşdırma bu gün ən tələb olunan və perspektivli İT istiqamətlərindən biri hesab olunur. C# (“Si şarp”) Microsoft tərəfindən hazırlanmış müasir proqramlaşdırma dilidir və əsasən .NET framework üzərində tətbiq edilir. Bu dil xüsusilə veb-tətbiqlərin, server tərəfli sistemlərin və mürəkkəb proqram həllərinin yaradılmasında geniş istifadə olunur.

C# obyektyönlü proqramlaşdırma dilidir və sintaktik baxımdan C++ və Java dillərinə yaxındır. Dilin aydın quruluşa malik olması və geniş kitabxanaları proqramçıların işini asanlaşdırır. C#-ın geniş istifadə edilməsi onun daim yenilənməsinə və inkişafına imkan yaradır.

C# vasitəsilə mobil tətbiqlər (iOS, Android), oyunlar, veb-saytlar və desktop proqramları hazırlamaq mümkündür. Funksional və stabil tətbiqlərin yaradılması üçün back-end və front-end komandalarının əlaqəli şəkildə çalışması vacibdir.

Müasir rəqəmsal məhsullar getdikcə daha mürəkkəb hala gəldiyi üçün C# backend mütəxəssislərinə olan tələbat yüksək olaraq qalır.

Üstünlükləri

Bu sahə sənə sadəcə kod yazmağı deyil, böyük məlumat axınlarını və sistemlərin təhlükəsizliyini idarə etmək üçün real bir mühəndis gücü qazandırır.

 

Backend Proqramlaşdırma

Təlimçilərimiz

Cavid Hüseynov

Cavid Hüseynov

İT biznes analitika